25 
Yan
2022
13:28
26
78
1226
Virtual karabakh

Sabah duman olacaq

25 Yan, 2022
13:28
1226

Sabah duman olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək.

Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° isti, gündüz 7-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1-6° isti olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri