23 
Dek
2014
18:13
84
86
5569
Virtual karabakh

Azərbaycanın ən yaşlı seçicisi də səs verdi - FOTO

23 Dek, 2014
18:13
5569

Azərbaycanın ən yaşlı seçicisi də səs verdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gözəl nənə özünü normal hiss etdiyini söyləyib.

Üç əsrin şahidi - 125 yaşlı Gözəl Dadaşova bələdiyyə seçkilərində iştirak edib.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, dünyanın ən yaşlı sakinlərindən biri olan Gözəl Dadaşovanın ailə üzvləri dekabrın 23-də səhər saat 11:00 radələrində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının Ağdaş rayonunun Qulbəndə kəndindəki 24 saylı məntəqəsində səs veriblər.

Gözəl Dadaşova özü isə səhhəti ilə əlaqədar seçki məntəqəsinə gedə bilmədiyinə görə səsvermədə iştirak etmək üçün evinə səyyar qutunun gətirilməsini istəyib. Onun ərizəsi əsasında səyyar qutu seçki məntəqəsindən onun evinə gətirilib və Gözəl Dadaşova istədiyi namizədə səs verib. O, sərbəst şəkildə bülleteni dolduraraq seçki qutusuna atıb. Üç əsrə şahidlik edən Gözəl nənə dəfələrlə prezident və parlament seçkilərində iştirak etdiyini və məntəqədə səs verdiyini bildirib.

Bələdiyyə seçkilərində onun özü ilə bərabər, səsvermə hüququ olan 41 övladı, nəvəsi, nəticəsi və kötücəsi də iştirak edib. Yaşının çox olmasına baxmayaraq sərbəst hərəkət edən, yaddaşından şikayəti olmayan, normal görmə qabiliyyətinə malik Gözəl nənə özünü normal hiss etdiyini söyləyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri