25 
Yan
2022
18:00
23
202
2688
Virtual karabakh

Xaçmaz icra hakimiyyətindən şəhid bacısının müraciətilə bağlı AÇIQLAMA

25 Yan, 2022
18:00
2688

Xaçmaz icra hakimiyyətindən şəhid bacısının müraciətilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) RİH başçısı Elnur Rzayevin guya rayondakı Şəhidlər xiyabanında xoşagəlməz hadisə ilə üzləşməsi barədə yayılan iddialara münasibət bildirib.

RİH-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu məlumatlar əsassız və qərəzlidir:

“Belə ki, şəhid Xəlilov Bəxtiyar Əlamət oğlu Qarabağ müharibəsi zamanı 3 may 1994-cü ildə Füzuli rayonu istiqamətində şəhid olub. Xəlilov Bəxtiyar Əlamət oğlu şəhid olduğu vaxt subay olub, atası və anası isə müxtəlif vaxtlarda vəfat edib.

Şəhidin bacısı 1963-cü il təvəllüdlü Xəlilova Zülfirə Əlamət qızına məxsus ev tikintisi zamanı çiy kərpicdən istifadə olunduğu üçün zamanla aşınmalara və çatlara səbəb olub, qəzalı vəziyyətə düşüb. 2018-ci ildə yağmış leysan yağışları nəticəsində qəzalı vəziyyətdə olmuş ev yararsız hala düşüb. Müvafiq qurumlar məsələ ilə yaxından tanış olub, müəyyən edilib ki, ev çiy kərpicdən tikildiyindən onun bərpası mümkün deyil.

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına uyğun olaraq şəhidin bacısı Xəlilova Zülfirə Əlamət qızının şəhid ailəsi statusu olmadığından ona müvafiq qaydada yeni evin verilməsi mümkün olmayıb. Belə ki, qanunvericiliyə əsasən şəhidin həyat yoldaşı, valideynləri və övladları şəhid ailəsi statusuna malik olur.

Bütün bunlara baxmayaraq Xəlilova Zülfirəyə evi yararsız hala düşdükdən sonra Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən kirayə haqqının ödənilməsi üçün 2018-ci ildən hər ay müvafiq qaydada maddi yardım edilir.

20 Yanvar 2022-ci il tarixində Xaçmaz rayonunda Şəhidlər xiyabanında yenidən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısına müraciət edib və şəhid bacısı elə həmin gün qəbul edilib.

Vətəndaşın öz istəyinə uyğun olaraq 2022-ci ilin mart-aprel aylarında evin bərpası ilə əlaqədar tikinti materialları ilə köməklik göstəriləcəyi bildirilib, həmçinin Zülfirə Xəlilovanın müraciəti əsasında səhhətində yaranan problemlərlə bağlı müayinələrin aparılması üçün müvafiq tapşırılar verilib”.

RİH-dən o da bildirilib ki, Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və Qarabağ qaziləri daim diqqət mərkəzində saxlanılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri