26 
Yan
2022
11:54
146
55
2083
Virtual karabakh

“SOCAR Karbamid” zavodu ixracı genişləndirir - FOTO

26 Yan, 2022
11:54
2083

“SOCAR Karbamid” zavodu ixracı genişləndirir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “SOCAR Karbamid” zavodu ölkəmizdə kənd təsərrüfatının inkişafında, həmçinin qeyri-neft ixracında önəmli rola malikdir.

İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumatda bildirilib ki, son üç il ərzində zavodda istehsal olunan karbamid gübrəsinin satışı üç dəfə artmaqla, təxminən 372 min ton təşkil edib.

Ötən il müəssisənin gəlirləri altı dəfə artaraq 223 milyon manata çatıb. Müəssisədə istehsal olunan karbamid gübrəsi daxili bazarla yanaşı, xarici bazarlara da çıxarılır. Zavodun məhsullarının 87 faizi Braziliya, Türkiyə, Rumıniya, Rusiya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s. ölkələrə ixrac olunur.

Qeyd edək ki, “SOCAR karbamid” zavodu 2019-cu ilin yanvar ayında fəaliyyətə başlayıb. Müəssisə azot gübrəsi idxalından asılılığın aradan qaldırılması, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri