26 
Yan
2022
22:58
30
352
2735
Virtual karabakh

Ukrayna müdafiə nazirinin müavini: “Belarus ərazisində hərbi hazırlıq gedir” - VİDEO

26 Yan, 2022
22:58
2735

Ukrayna müdafiə nazirinin müavini: “Belarus ərazisində hərbi hazırlıq gedir” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər Ukraynada gərginlik yenidən artaraq dünyanın bir nömrəli müzakirə mövzusuna çevrilib. 

Rusiya bu ölkənin NATO-ya üzvlük istəyini əsas gətirərək, qərb sərhədlərində təhlükəsizlik zəmanəti tələb edir. Təşkilat Ukraynanın şimal alyansına üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirsə də, Kreml bunun yazılı zəmanətini tələb edir. 

Lakin NATO bunun nizamnaməsinə zidd olduğunu əsas gətirərək, rədd edir.

Bu mürəkkəb vəziyyətdə Şərqi Avropada müharibə həddinə çatan gərginlik elə bir şəkil alıb ki, bir çox ölkələr artıq Ukraynadakı diplomatların ailələrini təcili ölkədən çıxarır. 

“Bu gün Rusiya ordusunun sərhədlərimizə toplaşdığını görürük. Söhbət kifayət qədər güclü birləşmədən gedir. Belarus ərazisində də hərbi hazırlıq gedir. Ora xeyli güclü ordu birləşmələri gətirilib. Bu cür birləşmələrə Rusiyanın uzaq şərqdə daxil olmaqla müxtəlif regionlarından gətirildiyini görürük” - deyə Ukrayna müdafiə nazirinin müavini Oleksandr Polişuk Baku TV-ə müsahibəsi zamanı deyib.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri