27 
Yan
2022
10:12
78
399
13058
Virtual karabakh

Nazir generalın qardaşını Mirqafar Seyidova müavin TƏYİN ETDİ

27 Yan, 2022
10:12
13058

Nazir generalın qardaşını Mirqafar Seyidova müavin TƏYİN ETDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaş Rayon Polis Şöbəsinin sabiq rəisi, polis polkovniki Rasim Mustafayevə yeni vəzifə verilib.

Manset.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, R.Mustafayev Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi polis general-mayoru Mirqafar Seyidovdur.

Xatırladaq ki, Rasim Mustafayev müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin qardaşıdır. O, bir neçə gün öncə Ağdaş RPŞ-nin rəisi vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri