27 
Yan
2022
14:48
16
132
3344
Virtual karabakh

“Omikron” dəridə neçə saat qalır?

27 Yan, 2022
14:48
3344

“Omikron” dəridə neçə saat qalır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın Kyoto Tibb Universitetinin tədqiqatçıları Uhanda yayılan koronavirusun ilk ştammı ilə onun digər ştammları arasındakı fərqləri araşdırıblar. Məlum olub ki, virusun “Alpha”, “Beta”, “Delta” və “Omikron” ştammları plastik səthlərdə və dəridə “Uhan” ştammından daha çox yaşaya bilirlər.

Tədqiqatda “Uhan” ştammının plastik səthlərdə orta ömrü 56, “Alpha” variantının 191,3, “Beta” variantının 156,6, “Delta” variantının 114, “Omikron” variantının isə 193,5 saat olub.

İnsan dərisində isə “Uhan” ştammı 8,6 saat, “Alpha” ştammı 19,6, “Beta” ştammı 19,6, “Delta” ştammı 16,8, “Omikron” ştammı isə 21,1 saat mövcudluğunu qoruyub saxlayıb.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, “Alpha”, “Beta”, “Delta” və “Omikron” ştammları spirtə qarşı bir qədər müqavimət göstərsələr də, 35 faizlik spirt məhlulu ilə təmasda olduqdan sonra bütün ştammlar 15 saniyədən sonra tamamilə təsirsiz hala gəlib.

Mənbə: Anadolu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri