27 
Yan
2022
12:28
14
266
1596
Virtual karabakh

Bakı-Şamaxı yolunda ağaclar kəsildi: Araşdırma aparılır - FOTO

27 Yan, 2022
12:28
1596

Bakı-Şamaxı yolunda ağaclar kəsildi: Araşdırma aparılır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Şamaxı yolunda ağaclar kəsilib. 

Bu barədə fotolar sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, şam ağacları heç kimə məlum olmayan səbəbdən kəsilir.

Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb. 

Regional Ekologiya İdarəsinin rəisi Fərid Piriyev Oxu.Az-a bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı üç şam ağacının kəsildiyi və təbiətə 600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

“Ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün hazırda Abşeron Rayon Polis İdarəsi ilə birgə araşdırma aparılır”.

F.Piriyevin sözlərinə görə, kəsilmiş ağacların yerinə yeni ağaclar əkilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri