27 
Yan
2022
17:42
14
293
1748
Virtual karabakh

Bərdə xəstəxanasının həyətində olan 162 ağac niyə quruyub? - YENİLƏNİB + FOTO/VİDEO

27 Yan, 2022
17:42
1748

Bərdə xəstəxanasının həyətində olan 162 ağac niyə quruyub? - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bərdə Rayon Mərkəzi Xəstəxanasının həyətində 162 ədəd ağac quruyub”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib.

O qeyd edib ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının həyətində ağacların quruması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət daxil olub:

“Aparılan araşdırma zamanı orada 162 ədəd ağacın quruması müəyyən edilib. Ağacların qurumasına səbəb zərərvericilərin sirayəti ilə bağlı olub. Həmin ağacların ərazidən götürülməsi təmin ediləcək. Onların əvəzinə yerli şəraitə uyğun ağacların əkilməsi ilə bağlı artıq ekoloji ekspertizaya rəy verib”.

17:24

Bərdədə xəstəxananın həyətində olan şam ağacları quruyur. 

Oxu.Az-ın məlumatına görə, xəstəxananın həyətində yerləşən 200 yaxın ağac Vətən müharibəsindən sonra qurumağa başlayıb. Quruma xüsusilə Eldar şamı ağaclarında müşahidə olunur.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədovun sözlərinə görə, yaranmış vəziyyətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi məlumat verilib: 

“Nazirliyin aidiyyəti üzrə qurumları əraziyə baxış keçiriblər. Ancaq hələ ekspertiza qərarı çıxmayıb. Yəni ağacların hansı səbəbdən quruması dəqiq məlum deyil”. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

Dursun Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri