27 
Yan
2022
16:29
309
101
4175
Virtual karabakh

Rektor: “Qırmızı diplom”un heç bir üstünlüyü yoxdur”

27 Yan, 2022
16:29
4175

Rektor: “Qırmızı diplom”un heç bir üstünlüyü yoxdur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov “qırmızı diplom”un hazırda üstünlüyünün olmamasından danışıb. 

O, bu barədə sosial şəbəkələrdə məlumat paylaşıb.

Rektorun sözlərinə görə, sovet dövründə müəyyən tələblərə cavab verən məzunlara “qırmızı (fərqlənmə) diplom” verilirdi:

“Qırmızı rəngin də xüsusi mənası vardı. Eləcə də, “qırmızı diplom” digərləri ilə müqayisədə onun sahiblərinin daha üstün olduqlarını göstərirdi. Bu gün “qırmızı diplom” əmək bazarında heç bir üstünlük təmin etmir.

Vərdiş və bacarıqlar əvəzinə qiymətlər uğrunda  tələbələrdə yanlış motivasiya yaradır. Amma buna baxmayaraq hələ də “qırmızı diplom” verilir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri