27 
Yan
2022
19:29
353
99
3503
Virtual karabakh

Bakının iki rayonunda 14 “parkovşik” cərimələnib - FOTO/VİDEO

27 Yan, 2022
19:29
3503

Bakının iki rayonunda 14 “parkovşik” cərimələnib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar növbəti reyd paytaxtın Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən metronun “Qara Qarayev”, “Nefçilər” və “Xalqlar Dostluğu” stansiyalarının yaxınlığında baş tutub. Gün ərzində keçirilən reydlərdə 86 sürücü barəsində inzibati protokol tərtib edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nizami rayonunda keçirilən reydlər zamanı qanunsuz olaraq parklama xidməti təşkil edən 14 şəxs də müəyyən edilib və inzibati məsuliyyətə cəlb olunublar.

Analoji tədbir Nərimanov rayonu ərazisində də həyata keçirilib. Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşaları tərəfindən rayonun müxtəlif ərazilərində əsasən səkilərdə avtomobillərini qanunsuz olaraq saxlayan və bununla da piyadaların hərəkətinə maneə yaradan sürücülər müəyyən ediliblər. Qeyd edilən qayda pozuntusuna yol verən ümumilikdə 81 sürücü barəsində inzibati protokol tərtib edilib.

Bu istiqamətdə Nizami və Nərimanov rayonlarında yol polisi tərəfindən reydlər mütəmadi olaraq davam etdiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri