27 
Yan
2022
21:37
11
145
1083
Virtual karabakh

Oğuzda 55 yaşlı qadını avtomobil vurub

27 Yan, 2022
21:37
1083

Oğuzda 55 yaşlı qadını avtomobil vurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oğuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun, rayonun Kərimli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd ərazisində marşrut avtobusundan düşən Kərimli kənd sakini, 1967-ci il təvəllüdlü Aytəkin Əlibala qızı Əlibabayevanı hərəkətdə olan “VAZ-2107” markalı avtomobil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 55 yaşlı A.Əlibabayeva Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri