28 
Yan
2022
00:43
96
78
2650
Virtual karabakh

Gəncədə maskalı şəxslər marketdən külli miqdarda pul oğurlayıb

28 Yan, 2022
00:43
2650

Gəncədə maskalı şəxslər marketdən külli miqdarda pul oğurlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində maskalı şəxslər böyük marketlərin birinin divarını uçuraraq, mağazadan 60 minə yaxın pul oğurlayıblar.

“Report” xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən marketlərin birində qeydə alınıb.

İki maskalı şəxs linglə marketin arxa divarını uçuraraq içəriyə daxil olub və marketdən 40 min manatdan çox milli, 12 mindən çox xarici valyuta olan nağd pulu götürüb ərazidən uzaqlaşıblar.

Təxminən 60 min manata yaxın pulu oğurlayan maskalı şəxslər marketin müşahidə kamerasına düşüblər.

Daxili İşlər Nazirliyinin Gəncə Regional Qrupundan “Report”a bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Həmin şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri