28 
Yan
2022
11:12
17
96
4044
Virtual karabakh

Bakıda koronavirusa yoluxmanın ən çox qeydə alındığı rayonlar açıqlandı - SİYAHI + FOTO

28 Yan, 2022
11:12
4044

Bakıda koronavirusa yoluxmanın ən çox qeydə alındığı rayonlar açıqlandı - SİYAHI + FOTO

Paytaxt üzrə koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, statistik göstəricilərə görə, paytaxt üzrə qeydə alınan yoluxma hallarının 14,5 %-i Binəqədi rayonunun payına düşür.

Ardıcıllığa əsasən, yoluxma hallarına görə ikinci yerdə 13,5 % ilə Xətai rayonu qərarlaşır. 

Digər rayonlar üzrə isə Yasamalda 11,8%, Sabunçuda 11,6 %, Suraxanı 8,4 %, Nərimanovda 7,9 %,  Nəsimidə 7,7 %, Xəzərdə 7,7 %, Nizamidə 7,1 %, Səbaildə 5 %, Qaradağda 4,4 %, Pirallahıda isə 0,5 % yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 52,3 %-i Bakı şəhərində qeydə alınıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri