28 
Yan
2022
11:40
22
104
4262
Virtual karabakh

Azərbaycanda koronavirusa ən çox yoluxma hansı ərazilərdədir? - SİYAHI + FOTO

28 Yan, 2022
11:40
4262

Azərbaycanda koronavirusa ən çox yoluxma hansı ərazilərdədir? - SİYAHI + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə üzrə COVID-19-a yoluxmanın ən çox qeydə alındığı şəhərlərin statistikası açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib. 

Məlumata əsasən, koronavirusa yoluxma halları ilə bağlı ən yüksək göstərici 52,3 faizlə Bakı şəhərinin payına düşür. 

Yoluxma digər bölgələr üzrə Abşeronda 13,3 faiz, Aran zonasında 12,9 faiz, Gəncə-Qazaxda 7,7 faiz, Quba-Xaçmazda 3,6 faiz, Şəki-Zaqatalada 3,5 faiz, Lənkəranda 2,5 faiz, Dağlıq Şirvanda 2,2 faiz, Yuxarı Qarabağda 1,6 faiz, Naxçıvanda yoluxma 0,05 faizdir.

Koronavirusa yoluxma hallarının 0,5 faizi isə ölkə xarici yoluxmaların payına düşür.

Xatırladaq ki, koronavirusa yoluxma üzrə aparılan araşdırmaya görə, virusa yoluxanların 51 faizi qadınlar, 49 faizi kişilərdir.

Qeyd edək ki, əhalinin 52 faizi vaksinasiya olunub. Vaksin olunmayanlar isə 48 faiz təşkil edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri