28 
Yan
2022
12:00
12
206
2309
Virtual karabakh

Bu il əvəzlənəcək qaz sayğaclarının sayı AÇIQLANDI

28 Yan, 2022
12:00
2309

Bu il əvəzlənəcək qaz sayğaclarının sayı AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2021-ci il ərzində 505 min dövri yoxlama müddəti bitən qaz sayğacının əvəz edilməsini təmin etmişik”.

Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov məlumat verib.

O bildirib ki, 2022-ci ildə də 500 min qaz sayğacının əvəz olunmasını nəzərdə tutulub:

“İlin əvvəlinə təxminən 500-550 minə yaxın dövrü yoxlama müddəti bitən qaz sayğacı var. İlin sonunda biz bu qaz sayğaclarını əvəz etdikdən sonra o demək deyil ki, 50 min sayğacımız qalıb. Çünki bu proses mütəmadi olaraq davam edir. Gündəlik olaraq vaxtı bitən qaz sayğaclarının sayı dəyişir. İlin sonunda təxminən 150-200 min sayğacın yenidən dövri yoxlama müddəti bitəcək”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri