28 
Yan
2022
14:42
25
104
972
Virtual karabakh

Mindən çox qadın özünüməşğulluqla bağlı təlimlərə cəlb olunub - RƏSMİ

28 Yan, 2022
14:42
972

Mindən çox qadın özünüməşğulluqla bağlı təlimlərə cəlb olunub - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq 9 regionda fəaliyyət göstərən mərkəzlərdə 3000-dən çox üzvümüz var.

Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının layihə rəhbəri Vüsalə Qarayeva məlumat verib.

O bildirib ki, mərkəzlərə üzv olan xanımlardan 400-dən çoxu öz sahibkarlıq işinə başlayıb:

“Eyni zamanda 1000-dən çox qadın müxtəlif özünüməşğulluqla bağlı təlimlərə cəlb olunub. Mərkəzlər doğurdan da fəaliyyət göstərdiyi ərazilərdə məhsuldar çalışırlar. Sumqayıt Qadın Resurs Mərkəzinin də eynilə məhsuldar fəaliyyət sərgiləyəcəyinə inanırıq.

Bu tip qadın Resurs Mərkəzlərindən ikisi Gənclər Mərkəzində yerləşir. Biri Xəzər rayonunda, digəri isə Sumqayıt şəhərindəki Gənclər Evində fəaliyyət göstərəcək. Bu işdə bizə dəstək olan Gənclər və İdman Nazirliyinə təşəkkürümüzü bildiririk”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri