28 
Yan
2022
13:04
19
185
3556
Virtual karabakh

Banklarda dollar çatışmazlığı var? - Mərkəzi Bankdan AÇIQLAMA

28 Yan, 2022
13:04
3556

Banklarda dollar çatışmazlığı var? - Mərkəzi Bankdan AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mərkəzi Bank bankların valyutaya olan tələbini tam qarşılayır”.

Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, 2021-ci ilin sonunda valyutaya tələbin azaldığı müşahidə olunub, 2022-ci ilin yanvar ayında valyutaya tələbin artmasına baxmayaraq, mövcud tələb tam şəkildə qarşılanır:

“Təşkil edilən hərraclarda banklar nağd valyuta üzrə öz tələblərini qeyd edirlər və biz bütün tələbi qarşılayırıq. Bu, milli valyutaya olan inamı və gözləntiləri gücləndirir. Biz dəfələrlə açıqlamışıq ki, bazar tarazlığı dayanıqlıdır və bazar ilin sonunda profisitli olub. Son hərracda tələbdə azalma var. Artıq insanlar da inanır ki, cari il də milli valyutanın məzənnəsi sabit olacaq və qorunub saxlanılacaq”.

Qeyd edək ki, ötən dövrdə ölkədə fəaliyyət göstərən əksər banklar dolların alış dəyərini Mərkəzi Bankla bərabərləşdirib. Bununla bağlı isə banklarda dollar çatışmazlığının yarandığı iddia olunmuşdu.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri