28 
Yan
2022
16:44
103
71
1778
Virtual karabakh

SOCAR Massaçusets Texnologiya İnstitutunda Azərbaycan vətəndaşları üçün təlimə başlayır

28 Yan, 2022
16:44
1778

SOCAR Massaçusets Texnologiya İnstitutunda Azərbaycan vətəndaşları üçün təlimə başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR və Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki (SCPC) tərəfdaşları Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birlikdə Massaçusets Texnologiya İnstitutunda (MIT) 35 dövlət qulluqçusunun MikroMaster Proqramı çərçivəsində “Data, İqtisadiyyat və İnkişaf Siyasəti” üzrə təliminə başlayır.

Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a verilən məlumata əsasən, 10 ay müddətində distant formada keçiriləcək MikroMaster Proqramı iştirakçıların milli inkişaf strategiyaları və inkişaf layihələri hazırlamaq, həyata keçirmək, qiymətləndirmək üçün bütün lazımi bilik və bacarıqlarla təmin edilməsi məqsədi daşıyır.

1 fevral 2022-ci il tarixində start veriləcək təlimdə iqtisadiyyat üzrə Nobel mükafatçıları Ester Duflo və Abhijit Banerji, bir sıra MIT professorları iştirakçılara Mikroiqtisadiyyat, Təsadüfi Qiymətləndirmələrin Dizaynı və Tətbiqi, Sosial Elmdə Data Analizi, İnkişaf Siyasətinin Əsasları və Ali İnkişaf İqtisadiyyatı, Siyasi İqtisadiyyat və İqtisadi İnkişaf kimi 5 əsas fənni tədris edəcəklər.

Müxtəlif nazirlik və dövlət qurumlarından seçilmiş 107 namizəd Proqramda iştirak etmək üçün 2021-ci ilin noyabr ayında Dövlət İmtahan Mərkəzi tərəfindən ingilis dili və riyaziyyat fənləri üzrə imtahandan keçirilib.

14 dövlət qurumunu təmsil edən 35 namizəd uğur qazanaraq 2021-ci il dekabr və 2022-ci il yanvar aylarında 2 aylıq intensiv hazırlıq kursuna cəlb edilib və UNEC professorları tərəfindən aparılan bu kursu müvəffəqiyyətlə başa vurub.  

2020-ci ilin fevral-oktyabr aylarında davam edəcək MikroMaster proqramını uğurla tamamlamaq məqsədilə UNEC professorları tərəfindən iştirakçılar üçün həftəlik fasilitasiya dərslərinin keçirilməsi də planlaşdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri