28 
Yan
2022
17:16
213
51
4010
Virtual karabakh

Azərbaycanda avtomobil kreditləşməsində güzəştlər edilə bilər - RƏSMİ

28 Yan, 2022
17:16
4010

Azərbaycanda avtomobil kreditləşməsində güzəştlər edilə bilər - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Elektrik mühərrikli və hibrid avtomobillərin kreditləşməsində yeni normativlərin müəyyən edilməsi, güzəştlərin tətbiq edilməsi imkanları araşdırılır”.  

Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Prudensial siyasət və metodologiya departamentinin direktoru Leyla Nəbiyeva məlumat verib.

O bildirib ki, avtomobil kreditləri üzrə ilkin ödənişlə əlaqədar iki normativ əsas götürülür:

“Bu, nəqliyyat vasitələrinin istehsal ili ilə bağlıdır. Avtomobil kreditlərində ilkin ödənişlərin azaldılması ilə bağlı indiki mərhələdə araşdırma aparırıq, beynəlxalq təcrübə nəzərə alınır. Əsas hədəfimiz Azərbaycanda beynəlxalq ekoloji standartlara uyğun olan avtomobillərin gətirilməsinin təşviq edilməsi, köhnə avtomobillərin izafi kreditləşməsinə yol verilməməsi, bununla bağlı risklər məhdudlaşdırılması idi. İlkin ödənişlərlə əlaqədar isə daha çox maliyyə sabitliyi, borcalanların riskləri ilə əlaqədar məhdudiyyət tətbiq edilib. Hazırda bu istiqamətdə araşdırmalar aparırıq”. 

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri