28 
Yan
2022
23:59
53
210
4823
Virtual karabakh

Ötən il zəncirlənən yaşlı qadının yeni görüntüləri - FOTO

28 Yan, 2022
23:59
4823

Ötən il zəncirlənən yaşlı qadının yeni görüntüləri - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il qohumları tərəfindən zəncirlənərək qapalı yerdə saxlanılan qadının yeni görüntüsü yayılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov paylaşım edib.

“Səkinə nənəni xatırlayırsınız? Ötən il qohumu tərəfindən bağlı formada saxlanıldığı üzə çıxmışdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən aidiyyatı sosial xidmət müəssisəsinə yerləşdirilmişdi. Hələ o vaxt onun vəziyyətini davamlı diqqətdə saxlayacağımızı demişdik. Bu gün 88 yaşlı Səkinə nənəni otağında ziyarət etdik. Yaxşıdır”, - o qeyd edib.

Xatırladaq ki, hadisə ötən il Gədəbəy rayonun İvanovka kəndində baş vermişdi. Kənd sakini, 1934-cü il təvəllüdlü Səkinə Həsənova qohumları tərəfindən zəncirlənmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri