29 
Yan
2022
01:03
55
82
1071
Virtual karabakh

Oğuzda gəzməyə çıxan koronavirus xəstəsi saxlanıldı - FOTO

29 Yan, 2022
01:03
1071

Oğuzda gəzməyə çıxan koronavirus xəstəsi saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, Baş Daşağıl kənd sakini  Əfqan Rəsulovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib. Buna baxmayaraq həmin şəxs polis əməkdaşları tərəfindən kənd ərazisində gəzərkən aşkarlanıb. Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ə.Rəsulov barəsində polis şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri