29 
Yan
2022
18:40
59
141
1025
Virtual karabakh

Ötən gün 61 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

29 Yan, 2022
18:40
1025

Ötən gün 61 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 28-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 173 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 171 şadlıq sarayında, iki şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- İki nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 61 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri