29 
Yan
2022
10:44
30
455
7183
Virtual karabakh

DİN şəhidin adına protokol göndərilməsinə münasibət bildirdi

29 Yan, 2022
10:44
7183

DİN şəhidin adına protokol göndərilməsinə münasibət bildirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi (DİN) Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif məzmunlu fikirlər paylaşılmasına münasibət bildirib. 

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib.

Həmin etibarnamə avtomaşın sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik onun adına tərtib edilib.  

“Bu məsələni siyasiləşdirmə cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır, onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır”, - cavabda qeyd olunub. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri