Fev
2022
18:30
21
241
2325
Virtual karabakh

İllərdir suya həsrət qalan Aşağı Mülkülü kəndi - VİDEO

3 Fev, 2022
18:30
2325

İllərdir suya həsrət qalan Aşağı Mülkülü kəndi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuzda sakinlər susuzluqdan əziyyət çəkir.

Qış fəsli olsa da, sakinlər su üzünə həsrətdir. Yayda isə ümumiyyətlə, suyun varlığını hiss etmək olmur. Yaşanan problem 2640 nəfər sakini olan Tovuzun Aşağı Mülkülü kəndində hökm sürür. Problemlə bağlı Tovuz Rayon İcra Hakimiyyətinin Aşağı Mülkülü kənd icra nümayəndəsi Xəqanı Nağıyev açıqlama verib. 

O bildirilib ki, icra başçısı məsələdən xəbərdardır, bu ilin sonlarında problem həll olunacaq. Tovuz Su-Kanal İdarəsində isə su problemi yada belə düşmür. Çünki qurumun rəisi Etibar Əhmədovun fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən azad olunduğu bildirilib. 

“Azərsu” ASC-dən isə bildirilib ki, adıçəkilən yaşayış massivi onların balansında deyil. Kənd sakinlərinin səsini toplayan, seçki şüarı “ürəklə səs ver, ürəyincə yaşa” olan deputat Ülviyyə Ağayeva zəng və sorğulara cavab verməsə də, məlum olub ki, çoxsaylı şikayətlər əsasında aidiyyəti qurumlara kəndin su ilə təminatı üçün müraciət edib.

Ətraflı Baku TV süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri