15 
Fev
2022
15:32
41
656
17040
Virtual karabakh

Azərbaycanda oğul atasını güllələyərək öldürdü - YENİLƏNİB

15 Fev, 2022
15:32
17040

Azərbaycanda oğul atasını güllələyərək öldürdü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Prokurorluq Tovuzda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 14-də Tovuz rayonu Hunanlar kənd sakini Qamət Əliyevin öldürülməsi faktı ilə bağlı Tovuz Rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin oğlu Ceyhun Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı atası Qamət Əliyevə odlu silahla bir neçə dəfə atəş açmaqla onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ceyhun Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

11:25

Tovuz rayonunda qətlə yetirilən şəxs uzun müddət müxtəlif vəzifələrdə çalışıb.

“Report”un Qərb bürosu hadisə ilə bağlı bəzi detalları öyrənib.

Məlumatına görə, hadisədən əvvəl 1947-ci il təvəllüdlü Qamət Əliyev və oğlu, 1980-ci il təvəllüdlü Ceyhun Əliyev Bakı şəhərindən rayonun Hunanlar kəndində olan evlərinə gediblər.

Onlar yolda olan zaman qohumları Rasim Quliyevə zəng edərək evin sobasını yandırmasını və yemək-içmək hazırlamasını xahiş ediblər.

Ata və oğlu evə çatana qədər qohumları süfrəni hazırlayıb. R.Quliyevə də əyləşib yemək yeməsi təklif olunub, lakin o, mal-qaraya baxmalı olduğunu bildirib və evdən çıxaraq gedib.

Hadisə zamanı evdə C.Əliyevlə atası Q.Əliyev ikisi olub. R.Quliyev isə güllə səsini eşitdikdən sonra yenidən ora qayıdıb. O, evin həyətində C.Əliyevi görüb və nə baş verdiyini soruşub. Ceyhun cavabında atasını “Vinçester” silahı ilə güllələdiyini deyib.

Q.Əliyev sinəsindən 5 güllə yarası alıb və hadisə yerində dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə özü polisə zəng edərək cinayət hadisəsini törətdiyini bildirib.

Ata və oğul arasında daha əvvəl ciddi münaqişənin olmadığı bildirilir.

C.Əliyev ailəli olub, 2 övladı var. Onun övladlarından biri 10-15 gün əvvəl dünyaya gəlib. C.Əliyevin psixoloji problemləri olduğu, onun bir müddət Maştağa qəsəbəsində yerləşən psixiatriya xəstəxanasında müalicə aldığı bildirilir.

Qətlə yetirilən şəxs uzun müddət Bakı şəhərində “Avtobaza”nın, “Taksi Park”ın və Təchizat idarəsinin müdiri vəzifələrində çalışıb. Onun iki oğlu və bir qızı var.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

10:24

Tovuzda atasını güllələyərək öldürən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinə fevralın 14-də Hunanlar kəndində yaşayan ruhi xəstə C.Əliyevin evində münaqişə zəminində odlu silahdan açdığı atəşlə atası 75 yaşlı Qaməti öldürməsi barədə daxil olmuş məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Ondan cinayətin aləti olan qanunsuz saxladığı “Vinçester” markalı silah götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.

09:08

Tovuzda oğul atasını öldürüb. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Ceyhun Əliyev ov tüfəngi ilə atası 1947-ci il təvəllüdlü Qamət Əliyevi öldürüb. 

İlkin məlumata görə, C.Əliyevin psixoloji problemləri olub.

Aqil Vəlili

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri