17 
Fev
2022
21:47
794
90
8032
Virtual karabakh

Polis Manaf Ağayevdən işğaldan azad olunmuş ərazilərə qanunsuz getdiyi üçün izahat alıb

17 Fev, 2022
21:47
8032

Polis Manaf Ağayevdən işğaldan azad olunmuş ərazilərə qanunsuz getdiyi üçün izahat alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün sosial şəbəkələrdə müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov Lent az-a açıqlamasında bildirib ki, görüntülər yayıldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırma zamanı Manaf Ağayevin artıq Bakı şəhərində olduğu müəyyən edilib:

“Müğənni Manaf Ağayev və onun yanındakı vətəndaş polis idarəsinə dəvət olunublar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar.

Bununla bağlı onların izahatları alınıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri