25 
Fev
2022
15:32
39
457
1613
Virtual karabakh

Nəzir və ianəni onlayn ödəmək mümkün olacaq

25 Fev, 2022
15:32
1613

Nəzir və ianəni onlayn ödəmək mümkün olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik layihəsində bildirilir.

Qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.

Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin uyğun bəndi hazırda belədir: “Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri qəbul edə bilər”.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri