3 
Mar
2022
11:36
72
19
1597
yuxarı
Dumanlı hava şəraiti nə vaxta qədər davam edəcək? - AÇIQLAMA + FOTO
3 Mar, 2022
11:36
1597
72
19
Dumanlı hava şəraiti nə vaxta qədər davam edəcək? - AÇIQLAMA + FOTO
“Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur”.
Bu barədə Oxu.Az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir:
“Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkəti və inversiya qatı dumanın əmələ gəlməsinə səbəb olub”.
G.Məmmədovanın sözlərinə görə, Naftalan, Şəmkir, Daşkəsən, Göygöl, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaçmaz, Xaltan, Yevlax, Göyçay, Sabirabad, Hacıqabul, İmişli, Cəfərxan, Salyan, Neftçala, Biləsuvar, Lənkəran, Lerik, Astara, Ağdam, Bakı və Abşeron yarımadasında görünüş 50-500 metrədək məhdudlaşıb:
“Ölkə ərazisində dumanlı hava şəraiti martın 4-ü səhərədək davam edəcək”.
FOTO: Firudin Səlimov
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
17 
May
2022
00:59
Vəfat etdiyi deyilən tanınmış jurnalist İradə Cəlillə bağlı MƏLUMAT - YENİLƏNİB
9
170
3966
16 
May
2022
20:00
İlham Əliyevdən II Yelizavetaya dəyərli hədiyyə - Xəbərlərin 20:00 buraxılışı
52
93
763