12 
Mar
2022
18:50
165
38
1413
Virtual karabakh

Azərbaycanda əmək hüquqlarının müdafiəsinə həsr edilmiş ictimai müzakirə keçirilib - FOTO

12 Mar, 2022
18:50
1413

Azərbaycanda əmək hüquqlarının müdafiəsinə həsr edilmiş ictimai müzakirə keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bugün ILRA - Əmək Hüquqlarının Müdafiəsi İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanda əmək hüquqlarının müdafiəsi” mövzusunda ictimai müzakirə keçirilib.

İctimai müzakirədə Sosial Hüquqların Araşdırılması İB-nin sədri, BDU-nun professoru, hüquq elmləri doktoru Mayis Əliyev, “İnşaat-İş” Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Umud Hüseynov, ILRA-nın hüquqşünası Pərvanə Allahverdiyeva və ILRA-nın həmtəsisçisi Fərid Rustamzadə çıxış edib. Tədbirdə əmək hüquqlarının müdafiəsi üçün mövcud mexanizmlər, həmkarlar ittifaqlarının və QHT-lərin işçilərin əmək hüquqlarının qorunmasında iştirakı, əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi perspektivləri və o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər müzakirə edilib.

30-dan çox hüquqşünas, tələbə və müxtəlif sahələrdən işçinin qatıldığı tədbir Caspian PlatForum-da jurnalist Vəfa Fərəcovanın moderatorluğu ilə keçirilib. Tədbirdə əmək hüquqları ilə bağlı iştirakçıların müxtəlif sualları cavablandırılıb.

ILRA-nın həmtəsisçisi Asif Oruclu bildirib ki, 2021-ci ildə yaradılmış Əmək Hüquqlarının Müdafiəsi İnstitutu (ILRA) Azərbaycanda işçilərə münasibətdə əmək qanunvericiliyi çərçivəsində əmək hüquqlarının təmin edilməsinə dəstək göstərir. Bu məqsədlə, ILRA əmək hüquqları sahəsində maarifləndirmə tədbir və kampaniyaları təşkil edir, vətəndaşlara pulsuz hüquqi yardım göstərir və müvafiq qurumların fəaliyyətini yaxından izləyir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri