13 
Mar
2022
10:48
264
28
2230
Virtual karabakh

Sədr müavini: “Restoranlarda, marketlərdə əlcək antisanitariya yaradan elementə çevrilməməlidir” - AÇIQLAMA

13 Mar, 2022
10:48
2230

Sədr müavini: “Restoranlarda, marketlərdə əlcək antisanitariya yaradan elementə çevrilməməlidir” - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu yaxınlarda Bakıda məşhur restoranlardan birində müştəri qismində olarkən tualetdən restoran işçilərindən birinin əlində əlcək çıxdığını gördüm. Təsəvvür edn, öz təbii ehtiyacını ödəmək üçün tualetə daxil olan işçi əlindəki əlcəyi çıxarıb əllərini yumadı... Əlbəttə, iaşə müəssisələrində xidmət göstərən işçi heyətin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etməsi barədə tələblər var. Lakin əməkdaşlar bu vasitələrlə, xüsusilə də əlcəklərlə uyğunsuz şəkildə davranmamalıdırlar”

Bunu Oxu.Az-a açıqlamasında AQTA yanında İctimai Şuranın sədr müavini Pərvin Abbasov deyib.

O, məsələ ilə bağlı restoran nümayəndəsinə məlumat verdiyini söyləyib. P.Abbasov bu və digər analoji halların mütəmadi olaraq baş verdiyini vurğulayıb:

 “Məsələn, bəzi marketlərdə satıcı əlində əlcək həm pula, həm də çörəyə toxunur. Əlcək tələbini düzgün anlamaq və bundan düzgün istifadə etmək lazımdır. Təəssüf ki, bir sıra iaşə müəssisələrində, restoran və kafelərdə, marketlərdə əlcəkdən düzgün istifadə etmirlər. Nəticədə əlcək qoruyucu vasitəyə deyil, antisanitariya yaradan elementə çevrilir. Düzdür, əlaqədar dövlət qurumları bu və analoji problemlərlə bağlı mütəmadi olaraq monitorinqlər, yoxlama tədbirləri keçirirlər, nöqsanlar aşkarlanarkən cəza tədbirləri də görülür. Lakin nəzərə alaq ki, iaşə müəssisəsinin hər bir işçisinin yanında bir dövət məmuru daim durub onu izləyə bilməz. Çarə ictimai nəzarətdir. Yəni, bir çox məsələdə olduğu kimi bununla da bağlı ictimai nəzarət vacibdir. Ona görə də vətəndaşlar, istehlakçılar belə hallarla üzləşərsə, mütləq həmin əməkdaşlardan əlcəkdən düzgün istifadə etməyi tələb etməli, yaxud həmin müəssisənin rəhbərliyinə irad bildirməlidirlər. Paralel olaraq, vətəndaşlar məsələ barədə müvafiq dövlət qurumlarına – DİN, AQTA və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verə bilərlər. İctimai nəzarət nəticəsində bu problemin həllinə nail ola bilərik”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri