14 
Mar
2022
10:20
87
14
2198
Virtual karabakh

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə verən şəxslərin sayı AÇIQLANDI

14 Mar, 2022
10:20
2198

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə verən şəxslərin sayı AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2022-ci il martın 4-də başlayıb və 17-dək internet vasitəsilə aparılır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

14 mart saat 09:05-ə olan məlumata əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 63823 abituriyent öz ərizəsini təsdiq edib.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytındakı statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edə bilir. Ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olan abituriyentlər elektron tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər.

Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri