15 
Mar
2022
12:06
140
24
5964
Virtual karabakh

Azərbaycanda müşahidə olunan faktiki hava AÇIQLANDI

15 Mar, 2022
12:06
5964

Azərbaycanda müşahidə olunan faktiki hava AÇIQLANDI

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, martın 15-i saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb, Lənkəran-Astara zonasında intensiv olub.

Düşən yağıntının miqdarı Lerikdə 26 mm, Astarada 12 mm, Şəki, Oğuzda 6 mm, Ağstafada 5 mm, Yardımlı, Tovuz, Kişçay (Şəki), Sarıbaşda (Qax) 4 mm, Ağdam, Balakən, Zərdab, Beyləqanda 3 mm, Qəbələ, Zaqatala, Şamaxı, Altıağac, Xaltan, Sabirabad, Neftçala, Cəfərxan, Bərdə, Göyçayda 2 mm, Şərur, Ağdərə (Ordubad), Sədərək, Daşkəsən, Gədəbəy, Naftalan, Şəmkir, Gəncə, İsmayıllı, Qobustan, Xaçmaz, Quba, Qusar, Tərtər, Mingəçevir, Yevlax, İmişli, Kürdəmir, Biləsuvar, Ağsu, Şabran, Şahdağda 1 mm, Binədə 2 mm, Bakı, Maştağa, Pirallahıda 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 65 sm, Şahdağda 44 sm, Altıağacda 29 sm, Xaltanda 23 sm, Daşkəsəndə 20 sm, Şəkidə 10 sm, Lerikdə 9 sm,Göygöldə 8 sm, Ağdərədə (Ordubad) 5 sm, Sədərəkdə 1 sm olub.

Şərq küləyi arabir Culfada 20 m/s, Ağdərədə 18 m/s-dək güclənib.

Havanın temperaturu martın 14-də Bakıda iqlim normasından 2 dərəcə aşağı olub, minimal temperatur Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 8 dərəcəyədək şaxta, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta, aran rayonlarında 3 dərəcəyədək isti olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri