17 
Mar
2022
20:12
829
34
8454
Virtual karabakh

Bakıda avropasayağı küçə alveri - FOTO

17 Mar, 2022
20:12
8454

Bakıda avropasayağı küçə alveri - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda avropasayağı küçə ticarətinə başlanılıb.

Oxu.Az xəbər verir ki, bu, Sabunçu rayonu, Albalılıq yaşayış massivində qeydə alınıb.

Həmin qəsəbənin sakini küçədə stolun üzərinə məhsullarını yerləşdirib və pul qutusu qoyaraq satıcısız ticarətə başlayıb. Qəsəbə sakinləri qeyd edilən qiymətə yumurtanı götürərək ödənişi qutunun içərisinə atıblar.

“Belə qərara gəldik ki, təsərrüfatımızın yumurtalarının satışını küçədə heç kimin nəzarəti olmadan həyata keçirək. Çoxları buna ironiya ilə yanaşdı. Ancaq biz heç də yanılmadıq. Doğrudan da bizim millətimiz çox dürüst və bütün xalqlardan vicdanlıdır. Özünəxidmət formasında keçirilən satış tam özünü doğrultdu. Qutuda 84 manat 80 qəpik əvəzinə 85 manat pul var idi. Satışımız bu formada da davam edəcək. Bir sözlə, eşq olsun Azərbaycan xalqına”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri