18 
Mar
2022
10:36
244
30
6479
Virtual karabakh

Polisdən qaçarkən 10 maşını əzən sürücü ilə bağlı qərar verildi - VİDEO

18 Mar, 2022
10:36
6479

Polisdən qaçarkən 10 maşını əzən sürücü ilə bağlı qərar verildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yol polislərinin “dayan” əmrinə tabe olmayaraq digər avtomobillərə zərər vuran Kamran Cəbrayılzadə ilə bağlı qərar verilib.

“Qafqazinfo”nun məlumatına görə, “Volkswagen Passat” markalı maşının sahibi K.Cəbrayılzadə barəsində istintaq yekunlaşaraq işə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə K.Cəbrayılzadə 2 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sürücü apellyasiya şikayəti verib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında baş verib. K.Cəbrayılzadə polisdən qaçmaq istəyərkən süni sıxlıq yaradıldığını görüb, maşını digər avtomobillərə çırpıb. Bu zaman 10-a yaxın avtomobilə maddi ziyan dəyib. Avtoxuliqanlıq edən şəxs vətəndaşların köməkliyi ilə saxlanılıb.

K.Cəbrayılzadə hadisəni narkotik vasitənin təsiri altında törətdiyini bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri