18 
Mar
2022
16:52
59
168
2426
Virtual karabakh

Azərbaycanda xəstəxananın dam örtükləri oğurlanıb satıldı - FOTO/VİDEO

18 Mar, 2022
16:52
2426

Azərbaycanda xəstəxananın dam örtükləri oğurlanıb satıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirdə xəstəxanadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Şəmkir rayon Mərkəzi Xəstəxanasının binalarının birindən ümumi dəyəri 4 700 manat olan dam örtüklərini oğurlamaqda şübhəli bilinən rayon sakinləri Qəşəm Hacıyev və Yusif Yunusovu saxlayıblar.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək oğruladıqları dam örtüklərini satdıqlarını bildiriblər.

Faktla bağlı Şəmkir RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri