Apr
2022
16:29
500
108
16906
Virtual karabakh

Manaf Ağayevin avtomobili qanunsuz saxlanılır? - Özü DANIŞDI - YENİLƏNİB + FOTO

2 Apr, 2022
16:29
16906

Manaf Ağayevin avtomobili qanunsuz saxlanılır? - Özü DANIŞDI - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Manaf Ağayev maşının hələ də cərimə meydançasında olması ilə bağlı vəkil Adəm Məmmədovun iddialarına cavab verib. 

O, bununla bağlı Lent.az-a danışıb.

“Heç bir narahatlıq yoxdur. Maşın məndədir və sürürəm. Allah dövlətimizi qorusun”, - deyə M.Ağayev bildirib. 

12:32

Daxili İşlər Nazirliyi Manaf Ağayevə məxsus “Mercedes” markalı avtomobilin qanunsuz olaraq cərimə meydançasında saxlanılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. 

Nazirliyin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, vəkil Adəm Məmmədovun iddiaları əsassızdır:

“Adəm Məmmədovun iddiaları həqiqəti əks etdirmir. Avtomobil Manaf Ağayevin barəsində tətbiq olunmuş inzibati tənbeh tədbiri ödənildikdən dərhal sonra müğənniyə təhvil verilib”.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli isə bildirib ki, heç kimin avtomobili özbaşına saxlanıla bilməz:

“Qanuna əsasən, İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsas gətirilmədən heç kimin maşını alınıb, saxlanıla bilməz. Hər halda Manaf Ağayev özü daha yaxşı bilir ki, onun maşını haradadır. Bunu onun özündən soruşmaq lazımdır”.

İlhamə Əbülfət

12:19

“Müğənni Manaf Ağayev işğaldan azad olunan ərazilərə icazəsiz keçdiyi üçün inzibati qaydada həbs olunmuşdu. O, cəzasını çəkib qurtarmasına baxmayaraq, ona məxsus “Mercedes” markalı avtomobil qanunsuz olaraq cərimə meydançasında saxlanılır”.

Bu barədə vəkil Adəm Məmmədov sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, maşını sahibinə qaytarmaqdan imtina edirlər:

“Manaf Ağayev də qorxusundan səsini çıxartmır”.

Qeyd edək ki, M.Ağayev və iş adamı Sənan Hüseynov işğaldan azad edilmiş Füzuli rayonuna icazəsiz səfər etdiyi üçün fevral ayının 18-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs edilmişdi. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri