Sabirabadda baş verən yol qəzasında üç nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə rayonun Polad Tuğay kəndində qeydə alınıb. Belə ki, həmin ərazidə iki avtomobil toqquşub.
Qəza nəticəsində Polad Tuğay kənd sakinləri, 1991-ci il təvəllüdlü Eyvazov Təbriz Rövşən oğlu, 1966-cı il təvəllüdlü Həziyeva Ofilə Bəxtiyar qızı və 1965-ci il təvəllüdlü Mustafayeva Pikəz Əlisa qızı müxtəlif dərəcəli xəsarətlər alıb. Həmin şəxslərə hadisə yerindəcə ilkin tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər