Apr
2022
09:46
13
276
6870
Virtual karabakh

Cəlilabadda dərs zamanı ölən uşaqla bağlı yaxınlarından açıqlama - FOTO

9 Apr, 2022
09:46
6870

Cəlilabadda dərs zamanı ölən uşaqla bağlı yaxınlarından açıqlama - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda VI sinif şagirdi Bağıyev Elçin Faiq oğlu dərs zamanı dünyasını dəyişib.

“Qafqazinfo” V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş vermiş hadisə ilə bağlı bəzi məlumatları əldə edib.

Məlumata görə, 2010-cu il təvəllüdlü Elçin tənəffüs zəngi zamanı ayağa qalxıb və birdən-birə yerə yıxılıb. Müəllimlər müdaxilə etsələr də, onun nəbzinin vurmadığını müəyyənləşdiriblər. Azyaşlı dərhal xəstəxanaya aparılsa da, bu, artıq gec olub.

Yaxınlarının verdikləri məlumata görə, Elçinin daha əvvəllər də özündəngetmələri olub. O, bu səbəbdən tibbi müayinədən keçib və həkim onun valideynlərinə bunun qanazlığından irəli gəldiyini deyib.

Göytəpə şəhər qəbiristanlığında dəfn olunan Elçinin dördüncü sinifdə oxuyan qardaşı var. Vəfat edən şagirdin atası dəmirçi sexində rəngsaz işləyir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri