Apr
2022
11:50
118
25
3403
Virtual karabakh

Təyinatı elektron qaydada aparılan pensiya, müavinət və təqaüdlərin sayı açıqlandı - FOTO

9 Apr, 2022
11:50
3403

Təyinatı elektron qaydada aparılan pensiya, müavinət və təqaüdlərin sayı açıqlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-ci ilin yanvar-mart aylarında 118,5 min pensiya, müavinət və təqaüd rəqəmsal infrastruktur üzərindən, proaktiv qaydada təyin edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məlumatında qeyd olunur. 

Məlumata görə, onlardan 8,4 mini pensiya, 110,1 mini müavinət və təqaüd təyinatları olub.

ƏƏSMN tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.

Cari ilin 1 aprel tarixinədək 56,7 mini pensiya, qalanı müavinət və təqaüdlər olmaqla ümumilikdə 387,6 min təyinat e-qaydada həyata keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri