12 
Apr
2022
13:48
13
192
5507
Virtual karabakh

Azərbaycanda qadın qaynı və oğlu tərəfindən şantaj edilir? - AÇIQLAMA

12 Apr, 2022
13:48
5507

Azərbaycanda qadın qaynı və oğlu tərəfindən şantaj edilir? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboy rayon sakini qaynı və oğlu tərəfindən şantaj edildiyi bildirib.

Oxu.Az-ın məlumatına görə, 1984-cü il təvəllüdlü E.S. Goranboy Rayon Polis Şöbəsinə şikayət edərək bildirib ki, hər iki şəxs onu şantaj edir. 

O, qaynı və oğlunun torpaq sahəsini onlara verməsə, videosunu yayacaqları ilə şantaj etdiyini qeyd edib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Goranboy rayon sakini E.S. DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək ona məxsus rayonun Borsunlu kəndində yerləşən, icarəyə verdiyi kafeyə daxil ola bilmədiyini, obyektin içərisində olan əşyaların yerində olmamasını bildirib:

“Müraciətlə əlaqədar Goranboy Rayon Polis Şöbəsində müvafiq araşdırmalar həyata keçirilib və məlum olub ki, müraciət müəllifi 2020-ci ildə sözügedən obyekti müqavilə əsasında öz qaynının oğlu Samir Yusifova icarəyə verib.

İcarəyə götürən şəxs izahatında həmin obyektin əşyalarını özü aldığını qeyd edib və alınan əşyaların qaiməsini təqdim edib. Araşdırmalar nəticəsində E.S. müraciətində hər hansı bir cinayət əməli olmadığı müəyyən olunub və buna görə də cinayət işinin başlanılması rədd edilib.

Bundan başqa hər iki tərəfə hüquqi izahat verilərək sözügedən məsələ ilə bağlı məhkəməyə müraciət edə biləcəkləri bildirilib”.

E.Qasımov əlavə edib ki, daha sonra  E.S. Goranboy rayon RPŞ-yə təkrar müraciət edərək qarşı tərəfin xanıma məxsus görüntülər əsasında şantaj olunmasını bildirib. Hazırda həmin müraciət əsasında da Goranboy Rayon Polis Şöbəsində araşdırmalar aparılır, tezliklə araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri