12 
Apr
2022
17:16
8
175
1207
yuxarı
Lənkəranda yaşayış ərazisi tullantı poliqonuna çevrilib - VİDEO
12 Apr, 2022
17:16
1207
8
175
Lənkəranda yaşayış ərazisi tullantı poliqonuna çevrilib - VİDEO
Lənkəranın Seydəkəran-Xolmili-Tütəpeştə yolunun kənarı məişət tullantılarının atıldığı məkana çevrilib. Hər gün məktəbə, işə gedənlər üfunət qoxusunu alaraq bu mənzərəni müşahidə etmək məcburiyyətində qalırlar.
Digər tərəfdən, qalaq-qalaq tullantıların olması küçə itlərinin sözügedən ərazidə toplaşmasına şərait yaradır. Beləliklə də təhlükə, xəstəlik riski və antisanitariya bir-birinə qarışıb.
Antisanitar vəziyyətin hökm sürdüyü ərazi Şürük kənd bələdiyyəsinin balansındadır. Bələdiyyədən bildirilib ki, ərazidə hər həftə təmizlik işləri aparılır. Bələdiyyə sədri Valeh Hüseynli hər gün nəzarət olunduğunu desə də, ərazidə nə zibil qutusu, nə də hər hansı maarifləndirici lövhə gözə dəyir.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
1 
Dek
2023
01:45
Bakı sakinlərinə milad ağacı neçəyə başa gələcək? - QİYMƏTLƏR + FOTO/VİDEO
16
113
1296
30 
Noy
2023
20:15
Bakıda yanğın baş verən bina polis nəzarətinə götürülüb - YENİLƏNİB + VİDEO
15
177
5552