12 
Apr
2022
14:40
124
52
1605
Virtual karabakh

Hüquq müdafiəçisi Azərbaycandakı dini tolerantlıqla BAĞLI: “Heç bir ölkədə Azərbaycanda olduğu kimi deyil”

12 Apr, 2022
14:40
1605

Hüquq müdafiəçisi Azərbaycandakı dini tolerantlıqla BAĞLI: “Heç bir ölkədə Azərbaycanda olduğu kimi deyil”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heç bir ölkədə Azərbaycanda olduğu kimi dini tolerantlıq mövcud deyil”.

Bunu “Report”a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Azərbaycandakı dini plüralizm və dini azadlıqdan danışan hüquq müdafiəçisi bildirib ki, hər kəs istədiyi dinə sitayiş edə bilər:

“Biz uzun illər Ermənistanla müharibə şəraitində olsaq da, onların kilsələrini dağıtmadıq, əksinə, onların inanclarına hörmətlə yanaşdıq. Ermənilər isə bizim həm mülki, həm də mədəni-dini obyektlərimizi hədəf alırdılar. Onlar o vaxt işğal altında olan torpaqlarımızdakı məscidlərimizdə donuz saxlayırdılar.

Beləliklə, biz həm də dünyaya dini plüralizmlə bağlı dərs keçdik. İndi Rusiya ilə Ukrayna arasında savaş gedir. Onların heç biri müharibəni Azərbaycan kimi aparmır, dini-mədəni abidələrə bizim kimi həssas yanaşmırlar”.

N.Cəfəroğlunun fikrincə, ölkəmizdə dini plüralizmin formalaşmasında Azərbaycan İlahiyyat İnstitutunun mühüm rolu var. Burada tələbələrə dinin elmi tərəfinin və din mədəniyyətinin öyrədildiyini xatırladan hüquq müdafiəçisi bildirib ki, bununla dini radikalizmin qarşısı alınır və görülən işlərin effekti də uğurludur.

Qeyd edək ki, aprelin 11-də Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib. Dövlət başçısı çıxışı zamanı bildirib ki, ölkəmizdə vətəndaşların dini etiqad, vicdan və təhsil hüquqlarının səmərəli realizəsi - ölkə rəhbərliyinin diqqət mərkəzində olmasının bariz göstəricisidir.

Vurğulanıb ki, son illər Avropa dövlətlərində milli mövcudluğu qoruyub saxlamaq cəhdləri aşkar aqressivliklə müşayiət olunur. Özünü tolerantlıq modeli kimi təqdim edən Avropada milli və dini ayrı-seçkilik güclənir, bu zəmində mühacir və qaçqınların sıxışdırılması halları artır. Azərbaycanda mövcud olan tolerantlıq, dözümlülük, multikulturalizm mühiti ölkəmizin beynəlxalq miqyasda nüfuz və mövqelərini gücləndirir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri