12 
Apr
2022
18:44
21
203
3168
yuxarı
Bakıda qəbiristanlıqda bıçaqlanma oldu: Cinayətkar axtarılır
12 Apr, 2022
18:44
3168
21
203
Bakıda qəbiristanlıqda bıçaqlanma oldu: Cinayətkar axtarılır
Bakıda bıçaqlanma hadisəsi olub.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə ötən gün saat 03:00 radələrində, Yasamal rayonu Şərifzadə küçəsində yerləşən Yasamal qəbiristanlığının qarşısında qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Orxan Hacıverdiyev aralarında yaranmış münaqişə zamanı özündə olan bıçaqla Nair İmaməliyevə döş və qarın nahiyyələrinə iki zərbə vuraraq ağır dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Orxan Hacıverdiyevin olduğu yerin müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək