MAG-da aktual müzakirə: Yalan xəbəri doğrudan necə ayırmaq olar? - VİDEO
MAG-da aktual müzakirə: Yalan xəbəri doğrudan necə ayırmaq olar? - VİDEO
“Mediada yanlış məlumatların yayılmasının qarşısını almaq məqsədilə mütləq qaydada dəqiqləşdirmə aparılmalıdır. Bu, müəyyən zaman ala bilir, lakin oxucuya doğru informasiya çatdırmaq və stabil oxucu kütləsinə sahib olmaq üçün bu vacibdir”.
Bu fikirləri İTV-nin efirində yayımlanan “MAG” proqramında qonaq olan Oxu.Az-ın müxbiri Könül Cəfərli səsləndirib.
MAG-ın bu dəfəki efirində qonaq olan Report İnformasiya Agentliyinin müxbiri Əşrəf Mehdiyev və Oxu.Az İnformasiya Agentliyinin müxbiri Könül Cəfərli aparıcılarla birlikdə “Fake news” ilə necə mübarizə aparmalı və “Yalan xəbəri doğru xəbərdən necə ayırmalı?” suallarına cavab axtarıblar.
Efirdə müasir mediada istehsal edilən xəbərlər, sosial şəbəkələr üzərindən yayılan məlumatların sürətlə tirajlanması, vətəndaş jurnalistikasının mövqeyi və dırnaqarası xəbər saytlarından danışılıb.