14 
Apr
2022
16:12
51
109
951
yuxarı
Səyavuş Heydərov: “Azərbaycanda etiqad azadlığı tam təmin olunub”
14 Apr, 2022
16:12
951
51
109
Səyavuş Heydərov: “Azərbaycanda etiqad azadlığı tam təmin olunub”
“Azərbaycanda etiqad azadlığı tam şəkildə təmin olunub. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə hörmət göstərilir”.
“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Hadrutda jurnalistlərə bildirib.
Onun fikrincə, torpaqlarımızın işğaldan azad olunmasında Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətilə, ordumuzun rəşadətilə yanaşı, həm də xalqımızın, o cümlədən dinlərin birlik və həmrəyliyi mühüm rol oynayıb.
Sədr müavini qeyd edib ki, ermənilər İkinci Qarabağ müharibəsini dini qarşıdurma kimi qələmə verməyə çalışsalar da, Azərbaycan dövlət başçısının siyasəti, müxtəlif dinlər arasında bərqərar olmuş birlik sayəsində Ermənistanın bu cəhdləri iflasa uğrayıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək