15 
Apr
2022
13:24
137
37
2770
yuxarı
Həbs edilən sayt rəhbəri azadlığa buraxılıb
15 Apr, 2022
13:24
2770
137
37
Həbs edilən sayt rəhbəri azadlığa buraxılıb
Azərbaycanda sayt rəhbəri Zahir Əmənov azadlığa buraxılıb.
Bu barədə “Report”a onun vəkili Elçin Sadıqov məlumat verib.
Z.Əmənovun barəsində polis nəzarətinə verilmə tədbiri seçilib.
Qeyd edək ki, “cenub.az” xəbər portalının rəhbəri Z.Əmənov bir neçə gün əvvəl Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
İttihama görə, Z.Əmənov Masallı Rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyevdən hədə-qorxu yolu ilə pul alıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək