19 
Apr
2022
13:48
14
332
3258
Virtual karabakh

İnanc, yoxsa xurafat?: At qəbri insanların ziyarət yerinə çevrilib - VİDEO

19 Apr, 2022
13:48
3258

İnanc, yoxsa xurafat?: At qəbri insanların ziyarət yerinə çevrilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubanın dağlıq və qədim kəndlərindən olan Talabı kəndində atı da insan kimi kəfənləyərək dəfn ediblər. 

At qəbri kəndin 67 yaşlı sakini Xudayət Kərimovun ulu babasına məxsusdur. O, iki əsrə yaxındır ki, at qəbrinin olduğunu deyir. Heyvanın qəbrinin üzərinə daş da qoyulub. At qəbrinin yanında olan digər daşın isə atın sahibinə aid olduğu bildirlir. 

Üstündən illər keçsə də, at qəbri itməyib. Sonralar isə bura yerli əhalinin ziyarət yerinə çevrilib.
Qafqaz Müsəlmanları İdarəsinin Quba bölgəsi üzrə nümayəndəsi, ilahiyyatçı alim Hacı Naib Səttərzadə at məzarının ziyarət məkanına çevrilməsini xurafat adlandırır. 

Qeyd edək ki, oxşar hadisəyə rayonun Buduq və Qrız kəndlərində də rast gəlinir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri