Unudulan sənətin qocaman nümayəndəsi - VİDEO
Unudulan sənətin qocaman nümayəndəsi - VİDEO
Cəlilabadda hamının pinəçi Mustafa adlandırdığı sənətkar 58 ildir ki, fasiləsiz olaraq sənətini davam etdirir. 88 yaşlı pinəçinin ikinci evi hesab olunan 6 kvadratmetrlik dükanda köhnə radio, kitablar, qəzetlər, söhbətləşməyə və ya müştəri kimi gələn adamın əyləşməsi üçün kətil də var.
Müştəri azlığından gileylənən usta deyir ki, artıq pinəçilik sənətinə ehtiyac qalmayıb.
“5 yaşlı uşaq da, 80 yaşlı kişi də idman krosofka geyinir”, - deyə o qeyd edib.
Usta mütaliə etdiyi son kitabları da göstərib. Daha çox romanlar oxumağı xoşladığını deyib. Hər səhər ətrafdakı dükanlardan daha tez iş yerinə gələn, eynəyini taxaraq radioya səs verən, iş örtüyünü əyninə alan Mustafa kişi qaş qaralana qədər gününü ikinci evində keçirir.
Ətradlı Baku TV-nin süjetini təqdim edirik: