21 
Apr
2022
19:25
40
274
6120
Virtual karabakh

DİN-dən Qədr gecəsi mərasiminə polis əməkdaşlarının müdaxiləsi iddiası ilə bağlı AÇIQLAMA

21 Apr, 2022
19:25
6120

DİN-dən Qədr gecəsi mərasiminə polis əməkdaşlarının müdaxiləsi iddiası ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gecə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən məsciddə keçirilən Qədr gecəsi mərasiminə polis əməkdaşları tərəfindən müdaxilə olunması iddia edilib.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Bildirilib ki, polis koronavirus infeksiyasının yayılması bəhanəsi ilə insanları məscidlərə buraxmayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən ötən axşam Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən məsciddə keçirilən Qədr gecəsi mərasiminə polis əməkdaşları tərəfindən müdaxilə olunması və məclisin keçirilməsinə maneçilik törədilməsi ilə bağlı əsassız iddialar yer alıb:

“Guya polis əməkdaşlarının “COVID-19" virusunu bəhanə edərək məscidə heç kimi buraxmaması ilə bağlı qeyd edilən iddialar tərəfimizdən araşdırlıb. Müəyyən edilib ki, səsləndirilən fikirlər tamamilə əsassız, yalan və cəmiyyətimizdə yüksək səviyyədə mövcud olan dini tolerantlıq mühitini pozmağa yönəlmiş uğursuz cəhtdir. Əksinə, ötən axşam Maştağa qəsəbəsindəki məsciddə baş tutan Qədr gecəsi mərasimi polisin müdaxiləsi olmadan tam təhlükəsiz şəraitdə keçirilib və hər hansı bir xoşagəlməz hal qeydə alınmayıb”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri